Skip to content
Open access

Kibertəhlükəsizlik və Süni İntellekt

Aug 2026 · “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı · 0 citations

Abstract

Məqalədə süni intellektin kibertəhlükəsizlik sahəsində rolu və tətbiq imkanları təhlil olunur. Müasir dövrdə kibertəhdidlərin mürəkkəbləşməsi və sürətlə artması ənənəvi təhlükəsizlik metodlarının effektivliyini azaldır. Bu baxımdan süni intellekt texnologiyaları real-vaxtda təhlükələrin aşkarlanması, hücumların proqnozlaşdırılması və avtomatlaşdırılmış müdafiə mexanizmlərinin qurulmasında mühüm rol oynayır. Məqalədə maşın təlimi, dərin təlim və davranış analizi kimi yanaşmaların kibertəhlükəsizlikdə tətbiqi araşdırılır. Eyni zamanda, süni intellektin istifadəsi ilə bağlı risklər və etik problemlər də nəzərdən keçirilir.

Read PDF

We use cookies to run the site and, with your consent, for analytics and to show ads. See our Cookie Policy.