Skip to content
Open access

Bulud Sistemlərində Kiberkriminalistika Yanaşması ilə Kibercinayətlərin Aşkarlanması Modeli

Aug 2026 · “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı · 0 citations

Abstract

Müasir informasiya texnologiyalarının inkişafı bulud hesablama sistemlərinin geniş yayılmasına səbəb olmuşdur. Bulud texnologiyaları məlumatların saxlanılması, emalı və paylaşılması üçün effektiv və çevik imkanlar yaradır. Lakin bu texnologiyaların geniş tətbiqi kibercinayətkarlıq risklərinin də artmasına gətirib çıxarmışdır. Bulud mühitində məlumatların uzaq serverlərdə saxlanılması və çoxsaylı istifadəçilər tərəfindən istifadə olunması təhlükəsizlik baxımından yeni problemlər yaradır. Məqalədə bulud sistemlərində kibercinayətkarlıq fəaliyyətinin xüsusiyyətləri, təhlükəsizlik problemləri və rəqəmsal kriminalistika metodları araşdırılır. Eyni zamanda bulud kriminalistikasının əsas mərhələləri, sübutların toplanması üsulları və kibercinayətlərin araşdırılmasında istifadə oluna biləcək metod təklif edilmişdir.

Read PDF

We use cookies to run the site and, with your consent, for analytics and to show ads. See our Cookie Policy.