Kritik İnfrastruktur və Xüsusi Təyinatlı Obyektlərin Fiziki Mühafizə Sistemlərinin Layihələndirilməsində Risk Əsaslı Yanaşma
Abstract
Məqalədə kritik infrastruktur və xüsusi təyinatlı obyektlərin fiziki mühafizə sistemlərinin layihələndirilməsində risk əsaslı yanaşmanın nəzəri və tətbiqi əhəmiyyəti təhlil edilmişdir. Risk əsaslı yanaşmanın mahiyyəti açıqlanmış və onun fiziki mühafizə sisteminin daha məqsədyönlü şəkildə formalaşdırılmasına imkan verdiyi əsaslandırılmışdır, layihələndirmə zamanı obyektin funksional əhəmiyyəti, təhlükə ssenariləri, zəifliklərin aşkar edilməsi, aşkarlanma, gecikdirmə və cavabvermə funksiyalarının uzlaşdırılması, eləcə də resursların prioritetlər üzrə bölgüsünün xüsusi əhəmiyyəti göstərilmişdir.