Kibertəhlükəsizliyin Təmin Olunmasında Kibercinayətkarlıqla Mübarizə: Hüquqi Problemlər və Qanunvericiliyin Təkmilləşdirilməsi Perspektivləri
Abstract
Məqalədə kibercinayətkarlıqla mübarizənin əhəmiyyəti araşdırılmış, qloballaşan dünyanın İKT-dən artan asılılığı təhlil edilmiş, beynəlxalq təşkilatların kibertəhlükəsizliyin qorunması istiqamətindəki tövsiyələri, o cümlədən Azərbaycan Respublikasının kibercinayətkarlıqla mübarizə sahəsində qoşulduğu beynəlxalq müqavilələrin tələbləri nəzərdən keçirilmişdir. Kibercinayətkarlığın transmilli və qlobal xarakteri nəzərə alınmaqla milli qanunvericilikdə kibercinayət və kiberməkan məfhumlarının hüquqi definisiyasının müəyyən edilməsi, cinayət və sahəvi qanunvericiliyin bəzi müddəalarının təkmilləşdirilməsi, habelə prosessual sahənin, rəqəmsal sübutların hüquqi statusunun yeni çağırışlara uyğunlaşdırılması ilə əlaqədar təkliflər irəli sürülmüşdür.