Onlayn Platformada Seçki Sistemlərinə Kibertəhlükələrin Araşdırılması və Rəqəmsal Kriminalistikası
Abstract
Tədqiqat işində onlayn seçki sistemlərinin mahiyyəti, struktur komponentləri və səsvermə prosesinin ardıcıllığını təmin edən funksional model təhlil edilmişdir. Sistemlərin hüquqi meyarları olan anonimlik və şəffaflıq balansı, bu prinsiplərin esəsvermə infrastrukturuna inteqrasiyası ilə şərh olunmuşdur. Qlobal təcrübə əsasında kibertəhdidlərin təsnifatı hücum vektorlarına görə aparılmışdır, blokçeyn və sıfır-bilik sübutları vasitəsilə səslərin konfidensial təsdiqlənməsi araşdırılmışdır. Təhlükəsizlik arxitekturası sistemin kiberdayanıqlılığını artırsa da, qayda pozuntularının tam aradan qaldırılması təmin olunmur. Rəqəmsal kriminalistika müstəvisində sistem qeydlərinin analizi, hadisələrin əlaqələndirilməsi və sübutların bütövlüyü tədqiq olunmuş, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün təkliflər verilmişdir.