Çıraqqala rif qurumunun quruluşu, litologiyası və əmələgəlmə şəraitinin tədqiqi
Abstract
Məqalədə Cənub-Şərqi Qafqazda yerləşən Üst Yura yaşlı Çıraqqala rif qurumunun morfoloji quruluşu, litoloji tərkibi və əmələgəlmə şəraiti araşdırılmışdır. Tədqiqatın əsas məqsədi rif massivinin struktur xüsusiyyətlərini və formalaşma mühitini müəyyən etməkdir. İş sahə geoloji müşahidələri, karbonat süxurların litoloji təhlili və Ca/Mg nisbətinə əsaslanan geokimyəvi məlumatlar üzərində aparılmışdır. Alınan nəticələr Çıraqqala rifinin oksford mərhələsində dayaz və isti dəniz şəraitində formalaşmış skleraktiniyalı biogerm olduğunu göstərir. Karbonatların əsasən kalsit tərkibli olması rif çöküntülərinin diagenez mərhələləri ilə əlaqələndirilir.