Skip to content
Open access

DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIQLARINDA RİSKLƏRİN BÖLÜŞDÜRÜLMƏSİ VƏ DƏYƏRƏ GÖRƏ SƏMƏRƏLİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ: AZƏRBAYCAN ÜÇÜN KONSEPTUAL ÇƏRÇİVƏ

Sep 2026 · NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 0 citations · 7 references

Abstract

Bu tədqiqatın məqsədi Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığı (DÖST) layihələrində risklərin səmərəli bölüşdürülməsi və dəyərə görə səmərəliliyin qiymətləndirilməsi üçün konseptual çərçivə təqdim etməkdir. Mövzu dövlət infrastrukturunun inkişaf etdirilməsi, özəl investisiyaların cəlb edilməsi və dövlət maliyyəsinin səmərəli idarə olunması baxımından xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikasında 2022-ci ildə “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun qəbul edilməsi DÖST mexanizminin hüquqi və institusional əsaslarını formalaşdırmışdır. Tədqiqat çərçivəsində institusional təhlil, müqayisəli yanaşma və konseptual modelləşdirmə metodlarından istifadə edilmişdir. Tədqiqatda Azərbaycan Respublikasının DÖST üzrə hüquqi çərçivəsi, beynəlxalq təşkilatların hesabatları və DÖST layihələrinin idarə olunması üzrə beynəlxalq yanaşmalar təhlil edilmişdir. Əldə olunan nəticələr göstərir ki, risklərin tərəflər arasında düzgün bölüşdürülməməsi layihələrin maliyyələşmə xərclərini artıra, özəl sektorun iştirakına marağı azalda və dövlət üçün gözlənilməz fiskal öhdəliklər yarada bilər. Eyni zamanda, DÖST layihəsinin seçilməsi yalnız maliyyələşmə imkanlarına deyil, iqtisadi səmərəlilik, kommersiya dayanıqlılığı, fiskal əlçatanlıq, xidmət keyfiyyəti və uzunmüddətli risklərə əsaslanmalıdır. Nəticə olaraq, tədqiqat çərçivəsində risklərin müəyyənləşdirilməsi, optimal bölgüsü, dəyərə görə səmərəliliyin və fiskal təsirlərin qiymətləndirilməsi, rəqabətli satınalma və müqavilələrin monitorinqini birləşdirən konseptual model təklif edilmişdir.

Read PDF

We use cookies to run the site and, with your consent, for analytics and to show ads. See our Cookie Policy.