Bəşəriyyətin ekosistemə təsiri və elmi yanaşmalar
Abstract
Təqdim olunan elmi tədqiqat işində özünün təxirəsalınmaz vacibliyinə və qlobal təhlükəsinə görə ekosistem dəyişikliyi-ekoloji tarazlığın pozulması problemi bəşərimiqyaslı təhlükəli hadisələr barədə təklif və sübutları öz əksini tapır. Təəssüflər ki, bəşəriyyət ekosistem tarazlığının dəyişikliyi təhlükəsi ilə üz-üzə qalmaqdadır. İcmal səciyyəli məqalədə alimlər tərəfindən sözügedən problemin həlli yollarının müəyyənləşdirilməsi qeyd olunur. Məhz bu baxımdan ekosistem dəyişikliyinin qismən də olsa qarşısının alınması, onun dayanıqlığının saxlanılması istiqaməti eləcə də əmələgəlmə səbəblərinin araşdırılması və müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri aparılmış və elmi əsaslara söykənərək yanaşmalar və təcrübi nəticələrə istinad edərək “Ekosistem – Bəşəriyyət” məhfumuna aydınlıq gətirməkdə sözügedən istiqamətdə elmi tədqiqat işləri davam etdirilir. Ekosistem problemini tədqiq etməklə yanaşı onun normal fəaliyyətinin dəyişdirilməsi nəticəsindəki probleminə diqqət yetirərək baş verə biləcək hadisələrə də öz təklif və münasibətlərini bildirirlər. Elmi tədqiqat işlərinin yerinə yetirilməsi və maksimum dərəcədə ekoloji tarazlığın təminatını nəzərə alaraq poliolefinlərin istifadədə olmuşlarından və təbii mineral süxurların atqılarından istifadə edərək müxtəlif kompleks istismar xassəli kompozit materiallar yaradılmış və onların bir sıra fiziki-mexaniki, istilik-fiziki, elektrikkeçiricilik, istiliyədavamlılıq, termostabillik, axıcılıq kimi xassələri tədqiq edilmişdir.