Skip to content
Open access

AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOQRAFİK DAYANIQLILIĞIN TƏMİN EDİLMƏSİ: PRİORİTET İSTİQAMƏTLƏR VƏ İNTEQRAL QİYMƏTLƏNDİRMƏ MODELİ

Sep 2026 · NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 0 citations · 3 references

Abstract

Bu elmi məqalədə Azərbaycan Respublikasında demoqrafik siyasətin prioritet istiqamətləri və demoqrafik dayanıqlılığın təmin edilməsi məsələləri araşdırılmışdır. Tədqiqatın məqsədi ölkədə mövcud demoqrafik vəziyyəti qiymətləndirmək, demoqrafik tarazlığa təsir göstərən əsas amilləri müəyyənləşdirmək və demoqrafik siyasətin səmərəliliyinin artırılmasına xidmət edən elmi-praktik yanaşmalar irəli sürməkdən ibarətdir. Araşdırmada BMT, Dünya Bankı, OECD, UNFPA və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında dünya və Azərbaycan üzrə demoqrafik tendensiyalar müqayisəli şəkildə təhlil edilmişdir. Təhlillər göstərir ki, doğum səviyyəsinin azalması, əhalinin yaşlanması, urbanizasiya və miqrasiya proseslərinin intensivləşməsi ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafı üçün mühüm çağırışlar yaradır. Tədqiqat nəticəsində demoqrafik tarazlığa təsir edən əsas amillərin nisbi təsiri qiymətləndirilmiş, insan kapitalının müsbət, urbanizasiya və miqrasiyanın isə mənfi istiqamətli təsir göstərdiyi müəyyən edilmişdir. Məqalədə İnteqral Demoqrafik Dayanıqlılıq Modeli (İDDM) və Demoqrafik Dayanıqlılıq İndeksi (DDİ) təklif edilmişdir. Model doğumun stimullaşdırılması, insan kapitalının inkişafı, miqrasiyanın idarə olunması, regional inkişafın dəstəklənməsi və aktiv yaşlanma siyasətinin vahid sistem çərçivəsində inteqrasiyasını nəzərdə tutur. Təklif olunan yanaşma Azərbaycanda demoqrafik siyasətin strateji istiqamətlərinin müəyyənləşdirilməsi, demoqrafik tarazlığın qorunması və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından elmi və praktiki əhəmiyyət kəsb edir.

Read PDF

We use cookies to run the site and, with your consent, for analytics and to show ads. See our Cookie Policy.