RƏQƏMSAL İMPERİALİZM ŞƏRAİTİNDƏ RƏQƏMSAL ELİTA VƏ BİLİK SUVERENLİYİ
Abstract
Məqalədə süni intellektin və rəqəmsal platformaların genişlənməsi fonunda rəqəmsal imperializm, rəqəmsal elita və bilik suverenliyi arasındakı əlaqə araşdırılır. Tədqiqatın məqsədi texnoloji və epistemoloji asimmetriyaların cəmiyyətin intellektual müstəqilliyinə təsirini müəyyən etmək və rəqəmsal elitanın bu prosesdə rolunu əsaslandırmaqdır. Araşdırma konseptual təhlilə, fənlərarası ədəbiyyat sintezinə və tematik şərhə əsaslanır. Elmi yenilik rəqəmsal elitanın sosial imtiyaz qrupu kimi yox, etibarlı bilik yaradan, rəqəmsal məlumatı tənqidi qiymətləndirən və elmi nəticələri cəmiyyətə məsul şəkildə çatdıran intellektual qüvvə kimi izahda ifadə olunur. Nəticələr bilik suverenliyinin güclü elmi institutlar, yerli tədqiqat potensialı, şəffaf ekspertiza və ictimai məsuliyyətlə möhkəmləndiyini göstərir.