Open access
Təcavüz Cinayətinin Törədilməsində Kibergüc Tətbiqi: Kibermüharibələr
Aug 2026 · “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı · 0 citations
Abstract
Müasir dövrdə rəqəmsal texnologiyaların geniş yayılması və süni intellekt sistemlərinin idarə olunması şəraitində təcavüz cinayətinin yeni törədilmə formaları meydana çıxır. Xüsusilə də, kibergüc tətbiqi ilə həyata keçirilən hücumların hüquqi mahiyyəti və onların beynəlxalq cinayət hüququ baxımından qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tədqiqatda kibermüharibə fəaliyyəti (cyber warfare), onun təcavüz cinayəti ilə əlaqəsi və bu sahədə mövcud olan əsas problemlər və çağırışlar kompleks şəkildə araşdırılır və hüquqi təhlil olunur.