Adaptiv Süni İntellekt Təlimi Vasitəsilə Kursantların Kibertəhlükəsizlik Maarifləndirilməsinin Təkmilləşdirilməsi
Abstract
Müasir dövrdə kibertəhlükələr təhsil müəssisələri, xüsusilə hərbi kolleclər üçün ciddi risklər yaradır və informasiya təhlükəsizliyi üzrə davamlı maarifləndirməni zəruri edir. Məqalədə kursantların kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının artırılması məqsədilə süni intellekt əsaslı adaptiv təlim modeli təqdim olunur. Təklif edilən sistem istifadəçilərin bilik səviyyəsini ilkin olaraq qiymətləndirir, nəticələrə uyğun fərdiləşdirilmiş tədris məzmunu formalaşdırır və real vaxt rejimində əks əlaqə yaradır. Bu yanaşma kursantların öyrənmə motivasiyasının, praktik hazırlığının, rəqəmsal intizamının və təhlükəsizlik davranışlarının əhəmiyyətli dərəcədə gücləndirilməsinə imkan verir.